REGİONLAR


Qida məhsulları daşıyan avtomobilin soyuducusunda külli miqdarda siqaret aşkarlanıb

Bakı, 7 fevral, AZƏRTAC

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyası istiqamətindən idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi və hazır qida məhsullarını daşıyan avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.