İDMAN


Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Tunisdə keçirilən dünya kubokunda 5-ci olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.

Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Fransa yığmasına 34:45 hesabı ilə uduzub.

Beş və altıncı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn sablyaçılarımız ardınca Polşa yığmasını 45:42 hesabı ilə məğlub edərək dünya kubokunda 5-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.