CƏMİYYƏT
Qozbel balinaların nəsli kəsilmək təhlükəsi aradan qalxıb
Bakı, 8 sentyabr, AZƏRTAC
ABŞ hökumət orqanları qozbel balinaları daha nəsli kəsilməkdə olan canlı növü hesab etmir. Məməlilərin sayını balinaların qorunması üzrə beynəlxalq cəhdlər sayəsində bərpa etmək mümkün olub.
AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yayıb. Qozbel balina populyasiyalarının cəmi 14 növü var. ABŞ hökumət orqanları doqquz populyasiyanı yox olmaqda olan heyvanların siyahısından çıxarıb. Onlar Havay, Vest-Hind və Avstraliyada qışlayan balinalardır. Təxminən 11 min qozbel balinanın qışda Havay adaları ətrafında yaşaması populyasiyanın bərpasından xəbər verir. Lakin populyasiyalardan dördü indiyədək təhlükə altında qalır, birinin isə nəsli kəsilmək üzrədir.
1950-ci illərin ortalarında qozbel balinalar, demək olar ki, tamamilə məhv edilib. Məlumatda bildirilir ki, məməlilərin populyasiyasının tədricən bərpası işinə 1966-cı ildə balina ovuna beynəlxalq qadağa qoyulandan sonra başlanılıb.