REGİONLAR
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
Xızı, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.
Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]