REGİONLAR
Quba-Xınalıq yolu qar uçqunları səbəbindən bağlanıb VİDEO
Quba, 21 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 20-də baş verən qar uçqunları səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Həmin istiqamətdəki 7 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-38-ci kilometrliyində, ona yaxın yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-4 metrə çatır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnikaları və canlı qüvvəsi gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsinə başlayıb.
Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağıb. Ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 28 santimetrə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]