REGİONLAR
Quba şəhərinin Fətəli Xan küçəsində əsaslı şəkildə təmir işləri aparılıb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin uzunluğu 1.4 kilometr, ortalama eni isə 10 metrdir. Piyada səkilərinin eni isə 2-4 metr arası dəyişir.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçənin 13 min kvadratmetrdən çox hissəsinə yeni asfalt örtüyü döşənib. Bundan başqa, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2700 poqonmetr yeni səki daşları düzülüb.
Təmir-tikinti işləri tamamlandıqdan sonra küçəyə yol-cizgi və yolgöstərici xətlər çəkilib.