REGİONLAR
Qubada 17 yaşlı gənc itkin düşüb
Quba, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada 17 yaşlı gənc on gün əvvəl itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Vladimirovka kənd sakini Əziz Qasımov dekabrın 1-i səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecinə gedib. Amma dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.
Arıq bədən qurluşuna malik Əziz Qasımovun boyu 1 metr 80 santimetrdir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar, eyni rəngdə qısaqol gödəkcə və göy idman ayaqqabısı olub.
Əziz Qasımov barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023)335-35-11; (023) 335-43-02 şəhər nömrələrinə zəng vuraraq Quba Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]