REGİONLAR
Qubada oğurluq edərkən müşahidə kamerasını sındırıb qaçan şəxs saxlanılıb VİDEO
Quba, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalarla məlum olub ki, qapını sındıraraq məntəqəyə daxil olan A.Ocaqov oradakı şkafdan pulları oğurlayıb. Sonra törətdiyi cinayətin izini itirmək üçün məntəqədə quraşdırılmış müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.
Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]