REGİONLAR
Qubada turizm əhəmiyyətli Şabrançay-Təngəaltı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur VİDEO
Quba, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda turizm əhəmiyyətli Şabrançay-Təngəaltı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yoluna birləşən bu yolun uzunluğu 26 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun eni 6 metr təşkil edir.
Yolun 6 kilometrinə artıq asfalt döşənib. Hazırlıq işləri başa çatdıqdan sonra yolun qalan 20 kilometrinin asfaltlanmasına başlanılacaq. Hazırda ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir.
Yol əsaslı təmir olunduqdan sonra ərazidəki yaşayış məntəqələrinin əhalisinin rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşacaq.