REGİONLAR
Qubada üç ay əvvəl itkin düşən qadın tapılıb
Quba, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada itkin düşən 48 yaşlı Güləbətin Zəkiyeva tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Amsar kənd sakini ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. Bundan sonra ailəsi Güləbətin Zəkiyevanın tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 2019-cu il yanvarın 14-də Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]