REGİONLAR
Qusarda tələbələrin ifasında Azərbaycan, Avropa və rus bəstəkarların əsərləri səsləndirilib
Qusar, 7 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyası tərkibində musiqi kollecinin tələbələrinin iştirakı ilə Qusar Uşaq İncəsənət Məktəbində konsert proqramı nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə təqdim olunan Azərbaycan, Avropa və rus bəstəkarların əsərləri maraqla qarşılanıb.
Musiqi kollecinin tələbələri fortepianoda solo ifalarla yanaşı, ansambl üçün yazılmış əsərləri də məharətlə ifa ediblər.
Bölgələrdə klassik musiqinin inkişafı və gənc istedadların üzə çıxarılmasına kömək məqsədilə təşkil olunan konsertdə çıxış edən tələbələrin bir neçəsi vaxtilə Xaçmaz və Qusar musiqi məktəblərinin məzunları olublar.
Musiqi kollecinin müəllimləri - Rəna Kamilova, İradə Rəfizadə, Aygül Baxşiyeva, Ziyafət Acalova və başqalarının da iştirak etdikləri tədbirdə Qusar Uşaq İncəsənət Məktəbinin kitabxanasına kitablar hədiyyə edilib.