Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

RAYON BƏLƏDİYYƏ SƏDRLƏRİNİN TOPLANTILARINDA ŞƏHƏR, QƏSƏBƏ VƏ KƏNDLƏRİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA, YERLİ ƏHƏMİYYƏTLİ LAYİHƏLƏRİN HƏLLİNDƏ BƏLƏDİYYƏLƏRİN İŞTİRAKI MƏSƏLƏSİ GENİŞ MÜZAKİRƏ EDİLİR

Şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşəbbüsü və Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı ilə aprelin 16-dan başlayaraq rayonlarda yerli özünüidarəetmə qurumları sədrlərinin toplantıları keçirilir.
“Şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı” mövzusunda keçirilən toplantılarda yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, qazanılmış uğurların təhlili, mövcud problemlərin və onların həlli yollarının araşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məsələləri müzakirə olunur.
AZƏRTAC-ın müxbirləri rayonlarda keçirilən toplantılardan hesabatlar hazırlamışlar.
ZAQATALA RAYONU

Zaqatala şəhərində “Qala düzü” İstirahət Mərkəzində keçirilən toplantını Azərbaycan qəsəbə bələdiyyələrinin Milli Assosiasiyasının bələdiyyələrlə iş departamentinin direktoru Tofiq Həsənov açaraq gündəliyə “Şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı” və “Rayon bələdiyyə sədrləri şurasının yeni tərkibi haqqında” məsələlərin daxil olduğunu bildirmişdir.
Gündəlikdə duran birinci məsələ barədə məruzə edən Azərbaycan şəhər bələdiyyələri Milli Assosiasiyasının icra katibi Mirrauf Mənafov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun olaraq hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı demokratik islahatlara böyük imkanlar açdığını bildirmiş, Əsas Qanunumuzda dövlətin əks-mərkəzləşmə siyasətinin əsası qoyulmaqla, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, bu quruma seçkilərin keçirilməsi barədə müvafiq müddəaların öz əksini tapdığını vurğulamışdır.
Görkəmli dövlət və siyasi xadimin 1999-cu ildə ilk bələdiyyə seçkiləri ilə bağlı xalqımıza müraciətində dediyi “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq, bu, həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir. Yerli idarəetmə orqanları yerlərdə səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox iş görə bilərlər” fikirləri artıq bu günümüzün reallığına çevrilmişdir.
Bu gün respublikamızda yerli özünüidarəetmə sisteminin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə inkişaf etdirildiyini bildirən məruzəçi, son dövrlər bu sahədə qəbul olunmuş qanunların, normativ-hüquqi aktların bələdiyyələrin hərtərəfli inkişafına geniş imkanlar açdığını xüsusi vurğulamışdır. Məruzəçi bildirmişdir ki, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarının yaradılması 7 illik bələdiyyə təcrübəsinin doğurduğu zərurət idi və bu zərurət məhz Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilmişdir.
Bələdiyyələrin milli assosiasiyalarının təşkilatlanması prosesinin ilkin mərhələsinin artıq başa çatdığını söyləyən natiq, hazırda əsas diqqətin sosial, iqtisadi və ekoloji proqramların hazırlanmasına, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına yönəldiyini bildirmişdir. Məruzəçi bütün yerli özünüidarəetmə orqanlarını Bələdiyyələrin Milli Assosiasiyasının təşəbbüsü ilə 2007-ci ildə “Bir bələdiyyəyə- azı bir layihə” çağırışına qoşulmağa səsləmiş, “Abad şəhər”, “Abad qəsəbə”, “Abad kənd”, “Abad məhəllə”, “Abad küçə”, “Bələdiyyə parkı”, “Uşaq evləri, ahıllar və kimsəsizlərə qayğı” və digər bu kimi layəhələrin hazırlanaraq həyata keçirilməsinin bələdiyyələrin nüfuzunun daha da artmasına gətirib çıxaracağını bildirmişdir.
Toplantıda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, son bir ildə rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən söz açmış, bu sahədə bələdiyyələrin rolunu xüsusi qeyd etmişdir. İcra başçısı, eyni zamanda, bəzi bələdiyyələrin rayonda gedən sosial-iqtisadi proseslərə seyrçi mövqedən yanaşmalarını, topladıqları vergiləri yalnız bələdiyyələrin saxlanılmasına və ezamiyyə xərclərinə yönəltmələrini tənqid etmiş, yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında belə görüşlərin böyük əhəmiyyətini xüsusi vurğulamışdır.
Toplantıda Zaqatala şəhər bələdiyyəsinin sədri Arif Əsədov, Əliabad qəsəbə bələdiyyəsinin sədri, qəsəbə bələdiyyələri milli assosiasiyasının idarə heyətinin üzvü Cəfər Əliyev, Göyəm bələdiyyəsinin sədri Murtuzəli Şabanov və başqaları çıxış edərək, rəhbərlik etdikləri bələdiyyələrin fəaliyyəti barədə məlumat vermiş, təkliflərini bildirmişlər.
Toplantının sonunda səsvermə yolu ilə rayon bələdiyyə sədrləri şurasının 7 nəfərdən ibarət tərkibi müəyyənləşmiş, Zaqatala şəhər bələdiyyəsinin sədri Arif Əsədov şuranın sədri seçilmişdir.
BALAKƏN RAYONU
Balakən şəhərində bələdiyyə sədrləri, habelə rayon icra hakimiyyətinin rəhbərliyi və əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda “Şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan şəhər bələdiyyələri milli assosiasiyasının icra katibi Mirrauf Manafov yerli özünüidarəetmə orqanlarının yaradılması və təşkilatlanması sahəsində görülən işlərə toxunmuş, demokratik cəmiyyət quruculuğu prosesində bələdiyyələrin rolu, bələdiyyələrin milli assosiasiyalarının yaradılması və digər məsələlər barədə danışmışdır.
Məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun olaraq hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizdə genişmiqyaslı demokratik islahatların həyata keçirilməsinin əsasını qoymuşdur. Konstitusiyada respublikamız üçün yeni olan yerli özünüidarəetmə orqanları - bələdiyyə təsisatları ilə bağlı müddəaların nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır. 1999-cu və 2004-cü illərdə keçirilən bələdiyyə seçkilərinin uğurlu nəticələri ulu öndərimizin vaxtilə dediyi - “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq, bu, həm də demokratiyanın inkişafı deməkdir” fikirlərini tam reallığa çevirmişdir və bu gün bələdiyyə sistemi inkişaf etməkdə və özünü doğrultmaqda davam edir.
Natiq bildirmişdir ki, bələdiyyələrin Milli Assosiasiyalarının əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.
Toplantıda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov yerli özünüidarəetmə orqanlarının rayonda həyata keçirilən tədbirlərdə fəal iştirakını xüsusi qeyd etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Mövzu ətrafında müzakirələrdən sonra rayon bələdiyyə sədrləri şurasının yeni tərkibi müəyyənləşdirilmişdir. Şəhər bələdiyyəsinin sədri Mustafa Muradov açıq səsvermə yolu ilə şuranın sədri seçilmişdir.
Zaqatala və Balakən rayonlarında keçirilən toplantılarda Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özününidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçiləri Məhərrəm Quliyev və Rüfət Əliyev iştirak etmişlər.
DƏVƏÇİ RAYONU
Dəvəçi rayonunda keçirilən toplantıda Kənd Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Əli Mehdiyev çıxış edərək bildirmişdir ki, tədbirin keçirilməsindən məqsəd rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin problemləri ilə yerində tanış olmaq, onların fəaliyyətini canlandırmaq, yeni yaranmış şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları ilə əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaq, müxtəlif təyinatlı layihələrin hazırlanması və icrasında özünüidarəetmə orqanlarına kömək etməkdir.
Qəsəbə bələdiyyələri milli assosiasiyasının icra katibi Mahir Allahyarov məruzə ilə çıxış edərək assosiasiyaların yaradılmasını zəruri edən səbəblərdən, qarşıya qoyulmuş vəzifələrdən, bələdiyyələrin yerli problemlərin həllinə fəal surətdə cəlb olunmasından, həm ölkədaxili, həm də beynəlxalq qurumlar vasitəsilə yerli özünüidarəetmə orqanlarının fəaliyyətini canlandırmaq üçün atılacaq addımlardan danışmışdır. Bildirilmişdir ki, sayı 2300-ü ötən bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, donor təşkilatlarla əməkdaşlığın qurulması, yerli problemlərin həlli və əhaliyə xidmətin səviyyəsini yüksəltmək üçün maliyyə mənbələrinin axtarılıb tapılmasına yardım etmək assosiasiyaların qarşısında duran başlıca vəzifələrdir. 2007-ci ildə assosiasiyalar “Bir bələdiyyə-bir layihə” təşəbbüsü ilə çıxış etmişdir ki, həmin təşəbbüs çərçivəsində də “Abad şəhər”, “Abad qəsəbə”, “Abad kənd”, “İçməli su”, “İlk məktəb günü”, “Suvarma suyu” və digər layihələr hazırlanıb reallaşdırıla bilər. Bu, il ərzində əhalinin 2000-2500 probleminin həlli deməkdir.
Assosiasiyaların fəaliyyətinin artıq beynəlxalq qurumların diqqətini cəlb etdiyini vurğulayan M.Allahyarov bildirmişdir ki, ötən ay Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıq əlaqələri qurulmuş, qarşılıqlı fəaliyyətin perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Sündüz Babayeva, Xaçmaz bələdiyyəsinin sədr müavini Atabala Cavadov, Çölquşçu bələdiyyəsinin sədri İlham Səfiyev, Əmirxanlı bələdiyyəsinin sədri, Kənd Bələdiyyələri Assosiasiyasının nəzarət-təftiş komissiyasının sədri Rəsul Məmmədov, Ağalıq bələdiyyəsinin sədri Məmmədşah Nuriyev, Düzbilici bələdiyyəsinin sədri Minayə Xəlilova və digərləri çıxış edərək rayonda fəaliyyət göstərən 36 bələdiyyənin həm öz gəlirləri, həm dövlət dotasiyası və həm də Almaniya Texniki Əməkdaşlıq Təşkilatının yardımı ilə həyata keçirdikləri layihələrdən, qarşılaşdıqları problemlərdən, gələcəkdə reallaşdırılması planlaşdırılan layihələrdən danışmışlar.
Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov toplantı iştirakçılarını diskussiyaya cəlb edərək işgüzar şəraitdə problemlərin müzakirəsini təşkil etmiş, onlarla açıq söhbət apararaq gələcək layihələrin yerli problemlərin həllində oynayacağı roldan, bələdiyyə sədrlərinin maarifləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələlərindən danışmışdır.
Toplantıda bələdiyyə sədrləri şurasının 7 nəfərdən ibarət tərkibi seçilmiş, Dəvəçi bələdiyyəsinin sədri Aydın Xəlilov şuranın sədri təsdiq olunmuşdur.
LERİK RAYONU
Lerikdə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında və yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakına həsr olunmuş toplantı keçirilmişdir.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının sədrləri, ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Toplantıda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev çıxış edərək yerli özünüidarəetmə orqanlarının şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında və yerli əhəmiyyətli layihələrin həllində iştirakını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışmış, bələdiyyələrin fəaliyyətini əlaqələndirmək və onlara kömək məqsədi ilə yaradılan milli assosiasiyaların əsas iş prinsiplərini diqqətə çatdırmışdır.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının bələdiyyələrlə iş departamentinin direktoru Namiq Quliyev toplantıda müzakirə edilən məsələ ilə bağlı məruzə ilə çıxış etmişdir.
1999-cu ildə ölkəmizdə yerli özünüidarəetmə orqanlarına keçirilən ilk seçkilərdən ötən 7 il müddətində bələdiyyələrin onlara verilmiş səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirakını diqqətə çatdıran natiq, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi Milli Məclisdə təsdiq edildikdən sonra yerlərdə sosial-iqtisadi və ekoloji proqramların həyata keçirilməsinə real imkanlar yaranacağını vurğulamışdır.
Qeyd olunmuşdur ki, bələdiyyələrin milli assosiasiyaları 2007-ci ildə “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü irəli sürərək yerli özünüidarəetmə orqanlarının region əhəmiyyətli məsələlərin həllində fəallığını artırmaq və onların fəaliyyətini düzgün əlaqələndirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçiriləcəkdir.
Toplantıda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş nailliyyətlərdən danışmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində Lerikdə həyata keçirilən tədbirləri və 2007-ci ildə qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Toplantıda çıxış edən bələdiyyə sədrləri və ərazi icra nümayəndələri yerlərdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmış, onları narahat edən məsələlər və mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Mikayıl Hüseynov toplantıda çıxış edərək ölkəmizin başçısı İlham Əliyevin Lerikə səfərlərindən sonra rayonda quruculuq işlərinin geniş vüsət aldığını bildirmiş, yerli əhəmiyyətli layihələrin həllində rayonda fəaliyyət göstərən sahibkarlarla yanaşı, xaricdə yaşayan soydaşlarımızın imkanlarından da səmərəli istifadə edilməsinin və bu məqsədlə rayonda biznes-forumun keçirilməsinin vacibliyini vurğulamışdır.
Toplantıda rayon bələdiyyə sədrlərinin 9 nəfərdən ibarət əlaqələndirmə şurasının tərkibi təsdiq edilmiş, Hüseynağa Şahıyev şuranın sədri seçilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib