İQTİSADİYYAT
RUMINİYADAKI SƏFİRLİYİMİZDƏ DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Çıxış edənlər Rumıniya-Azərbaycan Gəncləri və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevi Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın isə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilməsi münasibətilə təbrik etmişlər. Qurultayın dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanmasına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəyi, Rumıniya nümayəndə heyətinin qurultayda iştirakının ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanmışdır.
Nümayəndə heyətinin tərkibindəki rumınlar qurultayın yüksək səviyyədə təşkil edildiyini, onun Azərbaycan diasporunun gələcək fəaliyyəti üçün əhəmiyyətli hadisə olduğunu diqqətə çatdırmış, bu foruma dəvət edildiklərinə görə, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Ermənistanın Azərbaycana təcavüzü və onun acı nəticələri ilə bağlı həqiqətlər, münaqişənin sülh yolu ilə həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə Rumıniyada mütəmadi olaraq, təbliğat işi aparılmasının vacibliyi vurğulanmışdır.
Tədbirdə Dünya azərbaycanlılarının II qurultayında iştirak etmiş Rumıniya nümayəndə heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.