SİYASƏT
RUSİYADAKI AZƏRBAYCAN GƏNCLƏRİ ÖLKƏMİZƏ DİQQƏTİ CƏLB EDİRLƏR
Universitetin foyesində açılmış sərgidə Azərbaycan xalçaları, milli musiqi alətləri, qədim məişət əşyaları, milli geyimlər, habelə Azərbaycan şairlərinin kitabları, ölkəmiz haqqında jurnallar nümayiş etdirilmişdir. Tədbirdə “İRS” beynəlxalq jurnalının son 3 buraxılışı, o cümlədən “Qarabağ” adlı xüsusi buraxılışı paylanmışdır. Bundan əlavə, Azərbaycanın keçmişi və bu günü barədə videomateriallar göstərilmiş, Azərbaycan musiqisi, xüsusilə ermənilərin Rusiyada özlərinki kimi təbliğ etdikləri mahnılarımız səslənmişdir.
AGƏŞ-in nümayəndəsi Səyavuş Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirdən əsas məqsəd 18 Oktyabr - Müstəqillik gününə hazırlıq görmək, habelə Rusiya gənclərinin diqqətini Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ənənələrinə cəlb etmək idi. Əlaqələndirmə Şurası belə tədbirləri MDBMİ, MDU və Bauman adına MDTU-da da keçirməyi planlaşdırır. S.Məmmədov demişdir ki, Azərbaycanın Müstəqilliyi günü Azərbaycan gənclərinin, habelə onların dostlarının, Rusiyanın çoxsaylı ictimai gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə böyük tədbir keçirilməsi nəzərdə tutulmuşdur.