İDMAN
RUSİYA BOKSÇULARI UKRAYNA YIĞMASINIMƏĞLUB ETMİŞLƏR
Oktyabrın 18-də rinqə Çinin və Afrika qitəsinin yığma komandaları çıxmışlar. Daha güclü Çin boksçuları rəqiblərini 9:2 hesabı ilə məğlub etmişlər. Öz qruplarında ən güclü sayılan Rusiya və Ukrayna yığmaları arasında görüşdə isə Rusiya boksçuları böyük üstünlüklə qələbə qazanmışlar- 10:1. Bu, Rusiya yığmasının turnirdə ikinci qələbəsidir. Oktyabrın 19-da isə Rusiya komandası Afrika qitəsinin millisi ilə qarşılaşacaqdır.
Elə həmin gün digər qrupda yarışan Azərbaycan yığması finala vəsiqə qazanmaq üçün həvəskar boksçular arasında dünyanın ən güclü komandası hesab olunan Kuba millisi ilə qarşılaşacaqdır. Xatırladaq ki, qruplarda yalnız birinci yeri tutan komandalar finalda qarşılaşmaq hüququ qazanacaqlar. İkinci yerin sahibləri isə bürünc medallara layiq görüləcəklər. Kuba ilə görüşün nəticəsindən asılı olmayaraq, hesabında iki qələbəsi olan Azərbaycan yığması azı bürünc medalları özünə artıq təmin etmişdir.