İDMAN
Rafael Nadal Devis Kubokunda və Olimpiya Oyunlarında iştirak etmək niyyətindədir
Madrid, 8 fevral, AZƏRTAC
İspaniya tennisçisi Rafael Nadal yeni Devis Kuboku yarışlarında və 2020-ci ildə Tokio Olimpiadasında iştirak etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, o, bunu “Rada Nadal ilə gələcəyin dialoqları” mövzusunda görüşdə bildirib.
R.Nadal deyib: “Mən iştirak etmək niyyətindəyəm. Bu, yeni hadisədir və biz ona şans verməliyik. Əvvəlki Devis Kuboku mənim xoşuma gəldi, lakin o, yeni dövrə uyğunlaşdırılmayıb. Dünyanın ən yaxşı tennisçiləri belə formatla mübarizə aparmayıblar və bu da pisdir. Onlar dəyişikliklər gözləyirdilər. Əgər Kubok özünü doğrultmasa, vaxtı gələndə biz onları görməyəcəyik”.
Qeyd edək ki, ispaniyalı Rafael Nadal təkbətək yarışlarda dünyanın ikinci tennisçisidir. O, bütün karyerası ərzində “Böyük dəbilqə” turnirlərində 17 qələbə qazanıb, o cümlədən Fransa açıq çempionatında rekord sayda - 11 dəfə qalib gəlib. Təkbaşına yarışlarda “Qızıl dəbilqə”nin sahibidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid