İQTİSADİYYAT


“Rebuild Karabakh” sərgisində AZƏRTAC-ın stendi də nümayiş olunur

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz stendi ilə təmsil olunur.

Stenddə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq və bərpa işlərinin gedişinə dair Agentliyin çəkdiyi fotolar və videoçarx nümayiş etdirilir.

Stendlə tanış olan ziyarətçilərə AZƏRTAC-ın Vətən müharibəsi dövründəki fəaliyyəti, işğaldan azad olunan ərazilərin bərpası istiqamətində görülən tədbirləri işıqlandırmaq təcrübəsi barədə məlumatlar verilir.

Qeyd edək ki, AZƏRTAC bu mövzu ilə bağlı xəbərləri, foto və video materialları öz kanalları ilə 7 xarici dildə dünyaya yayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.