CƏMİYYƏT


Rəfiqə Hüseynzadə: Məqsədimiz Tullantıların idarəedilməsi mərkəzinin ərazisində yaşıllıqların sayını artırmaqdır

Bakı, 17 sentyabr, AZƏRTAC

Məqsədimiz Tullantıların idarəedilməsi mərkəzinin ərazisində yaşıllıqların sayını artırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 17-də jurnalistlərə müsahibəsində SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib.

Onun sözlərinə görə, həmin ərazidə SOCAR-ın böyük zavodu və bəzi qurğular var: “Bu infrastrukturun önəmi ondan ibarətdir ki, qazma vaxtı neft-qaz sənayesində əmələ gələn bütün tullantılar bu mərkəzdə emal edilir. Yəni, neft sənayesində heç bir tullantı olmayacaq. Mərkəz MDB ölkələri arasında deyil, Xəzər regionunda da yeganə ekoloji infrastrukturdur. Buradakı zavodlarda neft sənayesində əmələ gələn bütün tullantılar emal olunur”.

R.Hüseynzadə diqqətə çatdırıb ki, SOCAR, BP və BMT-nin İnkişaf Proqramı ilə birgə gələcəkdə bu sahənin meşə zolağına çevirmək qərarına gəlinib. Burada eləcə də külək generatorları, günəş panelləri quraşdırmaq nəzərdə tutulub. Gələcəkdə bu zavodların külək generatorlarından alınan enerji ilə işlədilməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.