ELM VƏ TƏHSİL
Region müəllimləri və metodik kabinet əməkdaşları üçün təlimlər təşkil olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı növbəti onlayn təlimlər təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 17-30 noyabr tarixlərində Mərkəzin əməkdaşları Nigar Əhmədzadə, Lətafət Cütcüzadə, Ayşə İsmayılova, Cəlalə Yahyalı, Cəmilə Kazımovanın təqdimatında Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonları, həmçinin Abşeron, Sumqayıt, Gəncə, Xaçmaz, Ucar, Oğuz, Şəmkir rayonları üzrə təlimlər keçirilib.
Təlimlərə ümumilikdə 218 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.
Qeyd edək ki, təlimlərin mərhələli şəkildə 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]