İQTİSADİYYAT


Regionlar üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı, 22 may, AZƏRTAC

Birinci rübdə regionlar üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə Bakı şəhəri üzrə 0,7 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,8 faiz, Abşeron iqtisadi rayonu üzrə 3,7 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,8 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2,2 faiz, Aran iqtisadi rayonu üzrə 1,7 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,4 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 0,9 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 0,7 faiz artıb.

Gəncə, Naftalan, Sumqayıt, Mingəçevir, Lənkəran, Yevlax şəhərləri, İmişli, Abşeron, Qazax, Qəbələ, Xaçmaz, Sabirabad, İsmayıllı, Tovuz, Ucar, Astara, Ağstafa, Ağdam, Ağdaş, Biləsuvar, Salyan, Quba, Ağcabədi, Zaqatala, Füzuli, Goranboy, Qusar, Ağsu, Lerik, Bərdə, Yardımlı, Balakən, Neftçala və Daşkəsən rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin real artım sürəti ölkə üzrə orta artım sürətindən (1,2 faiz) yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.