ELM VƏ TƏHSİL


Rektor: Türkiyə universitetləri ilə əməkdaşlıq bizim üçün önəmlidir

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələri günbəgün genişlənir. Bu, ümumi Azərbaycan universitetlərinin beynəlmiləlləşməsi ilə bağlı görülən işlərin tərkib hissəsidir. Bu istiqamətdə Türkiyə universitetləri ilə əməkdaşlıq bizim üçün önəmlidir. Bu gün növbəti bir müqaviləyə imza atdıq. Türkiyənin Bilkent Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova jurnalistlərə müsahibəsində bildirib.

Rektor qeyd edib ki, müqavilədən gözləntilərimiz çoxdur. Əməkdaşlıq çərçivəsində bir neçə istiqamətdə çox faydalı əlaqələr qurula bilər. Sənədə əsasən, elektrik mühəndisliyi və informasiya texnologiyaları üzrə mütəxəssislər hazırlanacaq, eyni zamanda, memarlıq sahəsində təcrübə mübadiləsi aparılacaq. Müqaviləyə əsasən, yaxın gələcəkdə ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlıq barədə danışıqların aparılması planlaşdırılır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.