Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rəşad Mahmudov: Zəfərimiz ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib

Rəşad Mahmudov: Zəfərimiz ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsi bir neçə cəhətdən xüsusi diqqət çəkir. Bu, ilk növbədə, Vətən müharibəsinin başlanmasına gətirib çıxaran vəziyyətin təhlili baxımından mühüm önəm daşıyır. Dövlətimizin başçısı müsahibədə bununla bağlı səbəbləri ətraflı şəkildə nəzərə çapdırır, işğalçının belə bir təxribata sürüklənməsində haqlı olaraq onu işğalçı siyasətindən əl çəkməməsi ilə əlaqələndirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı sözügedən müsahibədə vurğuladığı kimi, Ermənistan torpaqlarımızı 30 il ərzində tapdaq altında saxlamaqla bərabər, həm də yaşayış sahələrini tamamilə dağıdıb, bir bina, bir infrastruktur belə salamat saxlamayıb, yerüstü və yeraltı sərvətlərimizi talan edib. Bununla kifayətlənməyən qəsbkar dinc dayanmayıb- Azərbaycana qarşı yeni ərazilər iddiasından əl çəkməyib. İkinci Qarabağ savaşı ərəfəsində isə tezliklə müharibəyə başlayacağını da gizlətməyib. Dövlətimizin başçısı müsahibədə bununla bağlı deyib: “Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər”.

Ölkə rəhbərinin bu sözlərindən də göründüyü kimi, Vətən müharibəsinin başlanmasını əsasən rəsmi İrəvanın məkrli niyyətləri şərtləndirib. Bəlkə də yüzlərlə insanın həyatının itirildiyi bu savaş Ermənistanda hakimiyyətə yeni gələn Nikol Paşinyanın düşüncəsiz əməlindən - hansısa hərbi uğur əldə etməklə xalqı arasında nüfuz, reytinq qazanmaq kimi nifrət doğuran istəyindən qaynaqlanıb. Ancaq o, bu cür oyuna girməklə çox ciddi səhvə yol verdiyini, böyük xəta törətdiyini unudub.

Nəticəsi isə fəlakətli oldu, Ermənistan acı məğlubiyyətlə üzləşdi, ordusu darmadağın edildi, iqtisadiyyatı iflic vəziyyətinə düşdü, əhalinin onsuz da ağır olan sosial vəziyyəti son dərəcə pisləşdi.

Bəli, bu, bir tərəfdən Nikol Paşinyanın hakimiyyətdə tamamilə təsadüfi bir şəxs olmasının göstəricisidirsə, digər tərəfdən, onun ölkəsində sülh, əmin-amanlıq istəyinin yoxluğunun təsdiqidir. Məhz elə bunun nəticəsidir ki, Ermənistan uzun illərdir ki, beynəlxalq aləm tərəfindən ciddi dövlət kimi qəbul edilmir, siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığa dəvət olunmur, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilmir.

Onu da qeyd edim ki, Ermənistanın yerləşdiyi regionda illərlə hökm sürən özbaşınalığının, əgər belə demək mümkünsə, ərköyünlüyünün başqa səbəbləri də var. Bu məsələdə ən çox təəssüf və təəccüb doğuran odur ki, qəsbkarın belə arxayın əl-qol açması havadarlarına arxalanması, nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən onun işğal siyasətinə qəti mövqe bildirilməməsi, Qarabağ münaqişəsinə ikili standartlar və beynəlxalq riyakarlıq müstəvindən yanaşılması ilə sıx bağlıdır.

Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, beynəlxalq vasitəçilər tərəfindən müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısı alına bilərdi: “Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır…”.

Rəşad Mahmudov bildirib ki, dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatlar, BMT, eləcə də bir az əvvəl adı çəkilən Minsk qrupu beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistanı cəzalandıra, işğal faktına görə ona sanksiyalar tətbiq edə bilərdi. Bununla Ermənistan işğalı dayandırar, tapdaq altında saxladığı ərazilərdə yerləşən yaşayış sahələrində-şəhər və kəndlərimizdə vandal əməllər törətməzdi. Lakin cəzasızlıq onun daha da sərbəstliyinə təkan verdi, yeni ərazilər işğal etmək istəyini gücləndirdi. Nəticəsi isə bir az əvvəl qeyd etdiyim ki, ağır oldu.

İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Qələbə ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranmasını şərtləndirib. Beləliklə, Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirib. Bütün bunlarla bərabər, Vətən savaşında Azərbaycanın ədalətli mövqeyinin dost və qardaş ölkələr tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi ölkəmizin yeni güc mərkəzləri və yeni ittifaqlara qoşulması zərurətini meydana çıxarıb. Şübhəsiz ki, bu reallıq təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəlib. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi də məhz bu istiqamətdə atılan mühüm addım kimi tarixi hadisəyə çevrilib.

Rəşad Mahmudov açıqlamasında Azərbaycan Prezidentinin müsahibəsinin sonunda önəmli bir məsələyə də toxunduğunu diqqətə çatdırıb. “Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin ötən müddətdəki fəaliyyətinin müsbət qiymətləndirilməsinə baxmayaraq, bəzi hərəkətlərdə narazılıq doğurduğunu da vurğulayıb. Bildirib ki, sülhməramlı qüvvələr işğaldan azad edilən ərazidə fəaliyyətə başlayandan sonra Ermənistan təxribatlarını dayandırmayıb və müharibə başa çatandan təxminən 15-20 gün sonra işğalçı ölkədən Laçın dəhlizi vasitəsilə düşməndən təmizlənən torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərilib və bu, məlum 10 noyabr Bəyanatına haqlı olaraq tam zidd əməl kimi qiymətləndirilib. Belə halda isə həmin qrupun Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək, həbs olunması qanunidir. İndi onları kimlərinsə hərbi əsir adlandırması anlaşılan deyil. Ümumiyyətlə, Azərbaycan xarici vətəndaşların ərazimizə qanunsuz daxil olmaları ilə bağlı məsələni rəsmi olaraq dəfələrlə qaldırıb. Çünki Qarabağ Azərbaycan ərazisi olduğu üçün icazəsiz o bölgəyə hər hansı bir xarici vətəndaşın gəlməsi haqlı narazılıq doğurur”,- deyə deputat bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO