MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanasının növbəti qonağı ilə oxucular arasında virtual görüş keçirilib

Bakı, 6 mart, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində yazar kitabları haqqında ətraflı məlumat verib, eyni zamanda canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandırıb. O, həmçinin “Külək” trilogiyasına daxil olan üçüncü kitabını qısa zamanda oxuculara təqdim edəcəyini söyləyib.

Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.

Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.