Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb
AzerTAg.az
Bakı, 25 noyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli beş, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Xəbərin mətnində orfoqrafik səhv var