Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rəssamlığımızın Mirzə Qədim İrəvani zirvəsi

Bakı, 15 may, AZƏRTAC

Duyulası zaman distansiyası bizə Azərbaycan təsviri sənətini bənzərsiz sənət inciləri ilə zənginləşdirən Mirzə Qədim İrəvaninin (1825-1875) axtarışlara köklənmiş yaradıcılığının əsl dəyərini göstərməyə imkan verir. Qənaətimizcə, onun çoxəsrlik sənət tariximizə verdiyi ən böyük töhfə ənənə və müasirlik probleminin həlli kontekstində, milli rəssamlığımızı duyğulandırıcı realist-gerçəkçi ifadə vasitəsilə yeniləşdirməsi olmuşdur. Başqa sözlə desək, o, yaradıcılığında Şərq və Qərb bədii ənənələrini daha qabarıq və uğurla birləşdirən rəssam kimi sənət tariximizə daxil olmuşdur...

Bu yerdə məcburən bir qədər tarixə ekskurs etməklə deməliyik ki, Azərbaycan təsviri sənətində ilkin təzahürlərini XVIII əsrdən başlayaraq göstərən “Qacar üslub”u əslində Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövründə bir-çox sənətkarların Avropada təhsil almaları ilə əlaqəli idi. Özündə həm Avropa, həm də Şərq rəssamlığı ənənələrini birləşdirən və əsasən kətan üzərində icra olunan bu üslub ölkədə hələ də miniatür əsərlərinin yaradılmasına baxmayaraq geniş yayılmağa başlamışdı. Bizim dövrümüzə gəlib çatmış müxtəlif azərbaycanlı rəssamların əsərləri doğrudan da bu üslub qovğasından yaranan tabloların özünəməxsus bədii dəyərə malik olduğunu təsdiqləyir. Bütün baş verənlərin sayəsində, yəni Azərbaycan rəssamlığına həm də yeni icra vasitəsi və texnikalarının daxil olması ilə təsviri sənətin tətbiq məkanı daha da genişləndi. Bu mənada binaların divarlarını müxtəlif mövzulu rəsmlərin bəzəməsi də bunun göstəricisi sayıla bilər. Vaxtilə Təbriz bəylərbəyinin sarayını, Bakıda Hüseynqulu xanın sarayını, İrəvan sərdarı Hüseynqulu xanın sarayını, Şəkidə Xan sarayını və Şəkixanovların evini, Şuşada Mehmandarovların və Səfibəyovun evini, Quba, Naxçıvan və Şamaxı hamamlarını bəzəyən və bəziləri də bu günə kimi qalan divar rəsmləri özünəməxsus bədii məziyyətləri ilə memarlıq tikililərini zənginləşdirdiklərini təsdiqləyirlər. Həmin sənət əsərlərinin müəllifləri arasında yaradıcılığında Qərb və Şərq bədii ənənələrinin sintezini əks etdirən Mirzə Qədim İrəvani (1825-1875) özünəməxsus dəst-xətti ilə seçilmişdir. Müxtəlif janrlarda kətan və kağız üzərində yaratdığı əsərlərdə onun öz dövrü üçün yeni sayıla biləcək gözəllik duyumunun ən yaxşı xüsusiyyətlərini görmək mümkündür...

Tanışlıq üçün deyək ki, Mirzə Qədim 1825-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda sənətkar ailəsində anadan olmuşdur. Bəy nəslindən olan atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağacoyma ustalarından idi. Elə balaca Qədimin rəssamlığa olan meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalmasının durduğunu söyləmək olar. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Bunu atası da, yaxın qohumları da yaxşı görürdülər. Başqa sözlə desək, onun zamanında böyüdükcə atasının yolunun davamçısı ola biləcəyini təsdiqləyəcək istedadı göz qabağında idi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması indiyə qədər də sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına başqa bir peşəyə yiyələnmək üçün göndərir və o, təhsilini bitirəndən sonra doğma İrəvana qayıdaraq ömrünün axırına kimi şəhərdəki poçtda teleqrafçı işləmişdir.

Bu gün duyulası zaman distansiyasından teleqrafçı - rəssamın yaradıcılığının yüksək bədii-estetik dəyərə malik olmasını şərtləndirən səbəblər sırasında heç şübhəsiz ruhunda daşıdığı Allah vergisi olan istedadla yanaşı, onun atasının ecazkar əsərlərindən ilhamlanması, müasir tipli gimnaziyada rəsm sənətinin ilkin vərdişlərinə yiyələnməsi və sonradan davamlı olaraq öz üzərində çalışmasının durduğunu söyləmək olar. Elə bütün bunların nəticəsidir ki, o, Azərbaycan tarixində dövründə çox böyük nüfuza malik ziyalı kimi qalmışdır. Elə Mirzə Qədimin fars, rus və fransız dillərinə bələd olması, musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olması da bunun göstəricisidir. Onun evində məşhur Şərq və Qərb, Avropa və rus ədəbiyyatı nümunələrinin toplandığı zəngin kitabxananın mövcudluğu da onun öz dövrünün çox savadlı adamlarından biri olduğu barədə söylənilənləri təsdiqləyir.

Taleyinə 50 il ömür payı yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan təbii ki, onun yaşının nə qədər olması deyil. Heç şübhəsiz adi poçt məmuruna bu ölməzliyi qazandıran həmin yarım əsrin azlığı və yaxud çoxluğu olmayıb, onun bu müddətdə sənətlə bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın onun qalanlarla qalmasını təmin edən bədii yaradıcılığı - ərsəyə gətirdiyi portretlər və divar rəsmlərin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Varlığında kollej asessoru (çar Rusiyasında mülki rütbə) və rəssam taleyini birləşdirən M.Q.İrəvaninin onların hər ikisinə münasibəti demək olar ki, doğma - bərabər olub. Onun əsərlərini vaxtaşırı “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollej asessoru” kimi imzalaması da bunun əyani görüntüsüdür...

O, təsviri sənətin bir çox sahələrində , o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərmişdir. Onun bir o qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.

Tədqiqatçılar Mirzə Qədimin yaradıcılığını xronoloji olaraq üç mərhələyə bölürlər. 1840-cı ildən 1850-ci ilə qədərki dövr birinciyə aiddir. Bu illərdə onun daha çox insan təsvirləri ilə əlaqəsi olmayan yaradıcılıq işləri ilə məşğul olması həm də onun gündən-günə, aydan-aya cilalanan istedadının tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri başqalarına nümayiş etdirməyinin ifadəsidir. Onun divar tərtibatı və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni - eskizlər, hazırladığı trafaret-qəliblər də bunu təsdiqləyir. Gözoxşayan milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edir. Canlılar aləmindən götürülmüş motivlər arasında bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolu, qızılgül və nar gülü əsas yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan və qızılgül şaxəsi üzərində oturan bülbülü təsvir edən rəsm bədii dəyərinə görə xüsusi maraq kəsb edir. Qeyd edək ki, məhəbbət rəmzi sayılan və çox geniş yayılmış bu motivin rəssamın yaradıcılığında şüşə, dəri, parça və kağız üzərində çəkilmiş müxtəlif versiyalarına da rast gəlmək mümkündür. Onun bizim dövrə gəlib çatmış “Qırqovul və gülər” rəsm-qəlib nümunəsi də diqqətçəkən nümunələrdəndir. Rəssamın yaradıcılığının ilkin mərhələsinə aid edilən əsərlər arasında onun şüşə üzərində ərsəyə gətirdiyi təsvirlər də mövcuddur. Onlardan ikisi bu gün Bakı muzeyinin kolleksiyasındadır. “Rəqqasə” və “Dərviş” adlanan bu kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Yaşıl fon-yerlikdə milli geyimdə qavalla rəqs edən qadının təsviri gənc Mirzə Qədimin artıq gələcək uğurlarının astanasında olduğunu göstərir. Bozumtul-yaşıl rənglə əhatələnən və ənənəvi geyimdə təqdim olunan dərvişin obrazı da rəssamın ilkin yaradıcılıq axtarışlarının uğurundan xəbər verir.

Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakı muzeyində saxlanılır. Onları zamanında muzeyə rəssamın yaxın qohumları təqdim ediblər.

Onun bədii irsində yağlı boya ilə çəkilmiş əsərlər də xüsusi yer tutur. Elə rəssamın yaradıcılığının ikinci mərhələsini də bilavasitə həmin işlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan bu sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda çəkilmiş portretlər bəzəyirdi. Buradakı portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm - Zal) o dövrdə 25 yaşı olmasına baxmayaraq məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdi.

Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi. Qeyd edək ki, o, bu işləri 1850-ci ildə sarayın bərpa işləri ona tapşırılarkən yerinə yetirmişdir. Başqa sözlə desək, rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etməklə, kətan üzərində yağlı boya ilə sarayın daxili tərtibatına daxil ediləcək yeni portretlər də çəkmişdi. Tarixi sənədlərə əsasən demək olar ki, saray XX əsrin əvvəllərində erməni millətçiləri-daşnaklar tərəfindən dağıdıldığı zaman Mirzə Qədimin işlədiyi iriölçülü (200x100 sm) portretlər divardan çıxarılıb Tiflisə aparılmışdır. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir...

O, xüsusi rəssamlıq təhsili almasa da, görünür Tiflisdə oxuyarkən burada dünyəvi-müasir tədris proqramı çərçivəsində təsviri sənətin ilkin vərdişlərinə yiyələnməsi, ona burada qazandıqlarını və atasının tövsiyələrini əski milli dəyərlər - miniatürlər və el sənəti nümunələri ilə qovuşdurmağa, özünəməxsus üslubunu - dəst-xəttini müəyyənləşdirməyə imkan vermişdir.

Doğrudan da M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların - nə “Qacar üslubu”nun, nə də real - gerçəkçi sənət ənənələrinin birbaşa görüntüsü saymaq olmaz. Amma onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki, M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon - yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər rast gəlinməyən bu cür ifadənin təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin “qonşuluğundakı” yaxın sahələrin rəng tutumunu isə “zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün daha cəlbedici və qabarıq olmasına nail olmasıdır. Bunu onun daha çox sulu boya ilə işlədiyi portretlərdə müşahidə etmək mümkündür. Etiraf etmək lazımdır ki, rəssamın bir-neçə seansa gerçəkləşdirdiyi portretlərdə rənglərin təravətli olmasına yetişməsi, bununla da sulu boyanın ali ifadə keyfiyyətini qoruyub saxlaması heç şübhəsiz Mirzə Qədimin yüksək sənətkarlığının göstəricisidir. Özündə Şərq və Qərb rəssamlığının bədii xüsusiyyətlərini yaşadan “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın”, “Fətəli şahın portreti” və s. əsərləri bu qəbildəndir. Bu portretlərin çox önəmli və Azərbaycan təsviri sənəti üçün yeni olan bədii-estetik xüsusiyyəti onlarda insan psixologiyasının yaddaqalan ifadəsinə nail olunmasıdır. Bunu rəssamın müxtəlif yaşlı insanların çöhrələrinə verə bildiyi fərdi cizgilərdə duymaq mümkündür. Duyulası bədii kamilliyi ilə seçilən bu əsərlər Mirzə Qədimin çox da uzun sürməyən bədii yaradıcılığının elə son - üçüncü mərhələsini təşkil edir.

Yuxarıda qeyd etdik ki, rəssamın təsviri və tətbiqi sənətin bütün növlərinin bədii-texniki sirlərinə bələd olması ona ən müxtəlif materiallarda işləməyə imkan verirdi. Onun Sankt-Peterburq Dövlət Ermitajında saxlanan bir əsəri də elə bunu əyani nümayiş etdirən sənətkarlıq nümunəsidir. Bu əsər ilk baxışda orta əsrlərin Şərq əlyazmalarının üz qabığını andırır, əslində isə o, qovluq şəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin altındakı yazıdan (“General Karvilin üçün”) bəlli olur ki, Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir. Bu özünəməxsus sənət nümunəsinin maraqlı cəhəti ondadır ki, burada milli ornamental sənətimizin geniş bədii imkanlara malik olduğuna şahidlik etmək mümkündür. Belə ki, ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını andırır. Kompozisiyanın ara sahəsindəki şəffaf boyalarla, süsən və qızılgüldən böyük bir dəstənin, onun da üzərində bülbül təsvir edilmiş görüntüsü bütövlükdə estetik baxımdan çox duyğulandırıcıdır. Qovluğa “nəsx” xəttilə fars dilində Sədinin şeirlərindən əlavə olunmuş beyt də ümumi kompozisiyanı zənginliyinə təsir edən bədii vasitələrdəndir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub