ELM VƏ TƏHSİL


Riyaziyyat və Mexanika İnstitutu alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, baş elmi işçi, professor Telman Məlikov və kiçik elmi işçi Samin Malikin həmmüəllifləri olduqları məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Computational and Applied Mathematics” 1.883 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Diskret optimal idarəetmə məsələləri üçün komponentlərə görə I və II tərtib zəruri şərtlər” (“First and second-order necessary conditions with respect to components for discrete optimal control problems”) adlı məqalə diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunub.

Məqalədə təqdim olunmuş yeni üsulun köməyilə optimallıq üçün idarəedici funksiyanın komponentlərinə görə qlobal formada maksimum prinsipi, həmçinin bir komponentə görə qlobal formada maksimum prinsipi, digər komponentə görə isə xəttiləşmiş maksimum prinsipi alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.