DÜNYA
Roma Papası “Azov” taborunun döyüşçülərinin həyat yoldaşları ilə görüşüb
Bakı, 11 may, AZƏRTAC
Roma Papası Fransısk Ukraynanın “Azovstal” zavodu ərazisində müdafiə olunan “Azov” milli taborunun iki döyüşçüsünün həyat yoldaşları ilə görüşüb.
AZƏRTAC Askanews informasiya agentliyinə istinadla xəbər verir ki, Denis Prokopenko və Arseni Fedosyukun həyat yoldaşları Ukraynanın Müqəddəs Taxtdakı səfiri Andrey Yuraşın müşayiəti ilə Roma Papasının görüşünə gəlib. Görüş Müqəddəs Pyotr meydanında Papa Fransiskin qonaqlara qısa vaxt ayırdığı proses zamanı baş tutub.
“Corriere della Sera” qəzetinin məlumatına görə, qadınlar papaya iki məktub və bir neçə fotoşəkil veriblər.
Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, Kiyev və Bütün Ukrayna mitropoliti Onufrinin imzaladığı mesajda “Azovstal” zavodunda müdafiə olunan “Azov” taborunun mühasirədən çıxarılması çağırışı yer alıb. Qadınlar Papa Fransisk və mitropolit Onufridən tabor üzvlərinin təxliyəsi üçün vasitəçilik etmələrini istəyiblər.