DÜNYA


Roma Papasının səfəri çərçivəsində BƏƏ rəhbərliyi ilə görüş keçirilib

Əbu-Dabi, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Əbu-Dabidə tarixdə ilk dəfə Ərəbistan yarımadasında səfərdə olan Roma katolik kilsəsinin başçısı Papa Fransisk Əbu-Dabinin Vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və digər rəsmi şəxslərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə BƏƏ liderləri Roma Papasının səfərinin dialoq və insanların qardaşlığı kimi dəyərlərin möhkəmlənməsi, xalqların dinc-yanaşı yaşaması və bir-birinə hörmət etməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Roma Papası böyük Şeyx Zayed məscidini də ziyarət edib, burada Əl-Əzhar İslam Universitetinin baş imamı şeyx Əhməd Al Tayiblə görüşüb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.