DÜNYA


Romada Ukraynanın yenidən qurulmasına dair konfrans keçiriləcək

Romada Ukraynanın yenidən qurulmasına dair konfrans keçiriləcək

Roma, 30 mart, AZƏRTAC

Aprelin 26-da İtaliyanın paytaxtı Romada Ukraynanın yenidən qurulması ilə bağlı növbəti konfransın keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, bu barədə Baş nazir Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. C.Meloni İtaliyanın rəsmi Kiyevə dəstəyini bir daha ifadə edib, öhdəliklərinə sadiq qaldıqlarını və Ukrayna xalqının yanında olduqlarını deyib.

Volodimir Zelenski isə tviter səhifəsində qətiyyətinə və dəstəyinə, eləcə də İtaliya şirkətləri ilə Ukrayna arasında əlaqələrin möhkəmləndirilməsindəki səylərinə görə C.Meloniyə təşəkkürünü bildirib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.