DÜNYA


“Rosatom” Misirin Atom Enerjisi təşkilatı ilə kontrakt imzalayıb

Qahirə, 7 aprel, AZƏRTAC

Rusiyanın “Rosatom” korporasiyası Misirin Atom Enerjisi Təşkilatı ilə “Əl-Dabaa” atom elektrik stansiyasının reaktoru üçün az zənginləşdirilmiş nüvə yanacağının uran və alüminium komponentlərinin tədarükünə dair onillik kontrakt imzalayıb.

AZƏRTAC xəbər verir ki, Misirin İnşas şəhərində yerləşən Nüvə Tədqiqatları Mərkəzində yerləşən və Argentina istehsalı olan ETRR-2 reaktoru hazırda elementar hissəciklərin tədqiqi və radioizotopların hazırlanması məqsədilə istifadə olunur. Rusiya korporasiyası isə onu nüvə yanacağı komponentləri ilə təchiz edəcək. Yaxın gələcəkdə istismara buraxılacaq “Əl-Dabaa” AES-in dörd reaktorunun nüvə yanacağını məhz “Rosatom” təmin edəcək. Bundan başqa, korporasiyanın tərkibinə daxil olan Mərkəzi Layihə-Texnologiya İnstitutu ASC Misirdəki bu stansiya üçün emal edilmiş nüvə yanacağının quru anbar konteynerinin layihəsinin hazırlanmasını həyata keçirəcək.

Rusiya ilə Misir arasında nüvə enerjisi sahəsində əməkdaşlıq 2014-cü ildə başlayıb. 2015-ci ilin noyabrında Qahirədə iki ölkənin müvafiq qurumları Aralıq dənizi sahillərindəki Dabaa şəhərində AES-in inşasına dair saziş imzalayıb. Bu məqsədlə Rusiya hökuməti Misirə 25 milyard dollar kredit ayırıb. AES-in 4 min 800 meqavat enerji istehsal edəcəyi və burada 50 min nəfərin işlə təmin olunacağı bildirilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.