DÜNYA
“Rosneft” Venesuelanın dövlət neft şirkəti “PDVSA”ya investisiyalarını artırıb
Bakı, 10 avqust, AZƏRTAC
Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” Venesueladakı siyasi və iqtisadi böhrana baxmayaraq bu ölkənin enerji sektorundakı fəaliyyətini davam etdirir. “Rosneft” dövlətə məxsus PDVSA (Petroleos de Venesuela) şirkətinə investisiyalarını artırıb.
AZƏRTAC xəbər ki, bu barədə “Rosneft” məlumat yayıb. PDVSA gələcəkdə edəcəyi xammal tədarükü üçün Rusiya şirkətdən 1 milyard dollar məbləğində avans alıb. PDVSA-ya investisiya faizi ilə birlikdə təxminən 6 milyard dollara çatıb. “Rosneft” investisiyaların 2019-cu ilin sonuna qədər özünü amortizasiya etməsini gözlədiklərini vurğulayıb.
Venesuela “Rosneft”in Rusiya xaricindəki ən böyük xammal mənbəyidir. Şirkət “PDVSA”ya məxsus mərkəzi ofisi ABŞ-da olan “Citgo” şirkətinin 49,9 faizlik səhminə sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]