Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Rövşən Hüseynli: On bir ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil

Rövşən Hüseynli: On bir ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil

Bakı, 19 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Slovakiya, fevralın 2-də isə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Təxminən 11 aylıq fasilədən sonra Bakı İdman Sarayında ilk məşqini keçirən komandamızın qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir:

-On bir aylıq fasilədən sonra milli ilk dəfə Bakı İdman Sarayında məşqə çıxdı. Özünü necə hiss edirdin?

Əvvəlcə, Vətən müharibəsində qazanılan qələbə münasibətilə hər birinizi təbrik edirəm. Fəxr edirəm ki, bizim federasiyanın da əməkdaşları bu qələbədə pay sahibi oldular. İlk məşqimizə gəldikdə, adama yuxu kimi gəlirdi: həm sevinc, həm də həyəcan var idi. Fiziki olaraq özümü hazır hesab edirəm. Çünki 1 aya yaxındır açıq havada fərdi məşqlər edirdim. Əlbəttə, bu dəqiqə parket üzərində əvvəlki komfortu hiss edə bilmirik. Meydançadakı hərəkətləri bir qədər yadırğamışıq. Yumşaqlığı hiss edə bilmirik, topla hərəkətdə çətinlik çəkirik. Çatışmazlıqlar tədricən düzələcək.

-Oyuna təxminən 10 gün vaxtınız qalıb. Bu müddət hər iki görüşə hazırlaşmaq üçün kifayət edəcəkmi?

Əvvəlki formamızı bərpa etmək baxımından kifayət etməyəcək. On bir ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil. Amma çalışmalıyıq ki, bu oyunları itkisiz başa vuraq. Galo və Vilela İspaniya çempionatında mütəmadi oynayırlar. Qarşıdakı günlərdə hücum və müdafiədəki tapşırıqlar, eləcə də standart vəziyyətlərin yerinə yetirilməsi üzərində işləyəcəyik. Yəni zala səhər girib axşam çıxmalıyıq. Mümkün qədər özümüzü oyuna hazırlamalıyıq.

-Həm Slovakiya, həm də Yunanıstan yığmaları haqda hansı məlumatlara sahibsən?

Slovakiya ilə bir-birimizi yaxından tanıyırıq. Son iki beynəlxalq yarışda rəqib olmuşuq. 2019-cu ilin oktyabrında Bakıda onları 2:0 hesabı ilə məğlub etdik. Ötən il isə Xorvatiyada üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə başa çatdı. Uzun müddətdir eyni taktika ilə oynayırlar. Yunanıstan millisi isə son illərdə inkişafdadır. Uzunboylu oyunçulara sahibdirlər və driblinq etməyi sevirlər. Əlbəttə, hər iki komandanın zəif tərəfləri var və baş məşqçimiz oyuna yaxın bunları bizə deyəcək. Sadəcə, onların indiki vəziyyətdə bizdən daha hazırlıqlı olduğunu düşünürəm. Çünki Yunanıstanda 19-cu və ya 20-ci turun oyunları keçirilir.

-Slovakiya da millimiz kimi final mərhələsinə yüksəlmək baxımından qrupun iddialı komandasıdır. Yarışa onlarla qarşılaşma ilə başlamağın hansı çətinliyi ola bilər?

Slovakiyada çempionat davam edir, oyun təcrübələri yerindədir. Bizdə isə pandemiya ilə əlaqədar çempionat ötən ilin martından dayandırılıb. Təcrübəmizin az olması çətinlik yarada bilər. Ancaq doğma meydanda oynadığımıza görə, mütləq qələbə qazanmalıyıq. Qələbə qazansaq, həm də komandada özünəinam artacaq və Yunanıstan səfərində çox köməyimiz olacaq.

-Reytinq cədvəli bizi daha şanslı sayır...

Hər iki oyun çox çətin keçəcək. Xüsusilə də Slovakiya ilə Bakıdakı qarşılaşma. Şanslar bərabərdir. Həm də uzun müddətdir parketdən uzaq düşdüyümüzə görə psixoloji baxımdan üzərimizdə təzyiq hiss edirik. Ona görə də rahatlıqla fikir bildirmək çətindir.

-Cəmi 2 ay əvvəl Yunanıstana “Araz”la səfəriniz uğursuz alınmışdı. Milli komanda vəziyyəti müsbətə doğru dəyişə biləcəkmi?

Budəfəki qarşılaşma daha fərqli olacaq. “Araz” AEK-lə oyuna məhdud şəraitdə hazırlaşmışdı. Zalda məşq etməyimizə icazə verməmişdilər. Ancaq açıq havada, süni örtük üzərində məşq etmişdik. Bununla belə, oyunu heç-heçə başa vurmağı bacardıq və penaltilər seriyasında məğlub olduq. Bu dəfə onlara nəyə qadir olduğumuzu göstərəcəyik. Afinadan qələbə ilə dönməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər