İQTİSADİYYAT
Rumıniyanın AGEPRES agentliyi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasından yazır
Buxarest, 15 sentyabr, AZƏRTAC
Rumıniyanın AGEPRES milli xəbər agentliyi Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması barədə məqalə yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzalanma mərasimində söylədiyi nitqdən fikirlərin yer aldığı məqalədə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadıldığı qeyd edilir. SOCAR-ın iştirak payının 11,6 faizdən 25 faizə qaldırıldığı diqqətə çatdırılır.
Yazıda “Əsrin müqaviləsi”nin tarixi haqqında da məlumat verilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]