DÜNYA
Rusiya Avropa İttifaqının birləşmiş hərbi qüvvələrinin yaradılmasını dəstəkləmir
Moskva, 23 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) birləşmiş hərbi qüvvələrinin yaradılması qitədə təhlükəsizliyin təminatına kömək etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel mayın 22-də Aİ-nin təhlükəsizliyini təmin etmək üçün öz silahlı qüvvələrini yaratmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Avropa İttifaqı müasir birləşmiş silahlı qüvvələr yaratmalıdır.
D.Peskov J.Borrelin Ukraynada münaqişənin döyüş meydanında həll olunmasının vacibliyi barədə dediklərini xatırladaraq qeyd edib ki, Avropanın silahlanması qitədə təhlükəsizliyin və sabitliyin bərqərar olmasına kömək etməyəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]