RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyun 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin