Rusiya Mahaçqala-Bakı aviareysinin açılmasını dəstəkləməyə hazırdır
AzerTAg.az

Moskva, 1 fevral, AZƏRTAC
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhəri ilə Bakı arasında aviauçuşlar Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (FHNA) tərəfindən dəstəklənəcək.
AZƏRTAC xəbər verir ki, bu təklifi Dağıstan Respublikasının başçısı Sergey Melikov ilə görüşündə FHNA-nın rəhbəri Aleksandr Neradko irəli sürüb. Məlumatı Dağıstan Respublikası başçısının mətbuat xidməti yayıb.
S.Melikov Dağıstandan beynəlxalq reyslərin açılmasının əhəmiyyətini vurğulayıb və hazırda, ilk növbədə, “Mahaçqala-Bakı reysinin açılmasının planlaşdırıldığını deyib. A.Neradko FHNA-nın Mahaçqala-Bakı aviareysinin açılmasını hər iki ölkə üçün faydalı şərtlərlə dəstəkləməyə hazır olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var