İQTİSADİYYAT
Rusiya “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsinin fəaliyyətini təkmilləşdirir
Moskva, 6 may, AZƏRTAC
Rusiyanın Baş naziri Mixail Mişustin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi barədə sənədlər imzalayıb.
AZƏRTAC Rusiya hökumətinə istinadla xəbər verir ki, M.Mişustinin imzaladığı qərara görə, dövlət sərhədi vasitəsilə bir sıra buraxılış məntəqələri məhsulların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunur. Bu, yük axınını artıracaq və zəruri məhsulların idxalını sürətləndirməyə şərait yaradacaq.
Sənədə əsasən, buraxılış məntəqələri siyahısına Türkiyədən məhsulların gətirildiyi Qafqaz dəniz buraxılış məntəqəsi, Rusiya-Gürcüstan sərhədində yerləşən “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsi, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyədən tədarüklərin gətirildiyi Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars avtomobil buraxılış məntəqəsi daxildir.
RF hökumət başçısının digər sərəncamında isə Rusiya buraxılış məntəqələrinin modernləşdirilməsinin sürətləndirilməsi və onların buraxılış qabiliyyətinin artırılması nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva