Rusiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışın qalibi olublar
AzerTAg.az
22.09.2019 [17:25]
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandaları arasında 3 halqa və 2 cüt gürzlə final yarışlarının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıblar.
Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub.
Altmış bir ölkədən 300-dən artıq gimnastın mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
05.03.2021 [09:00]
05.03.2021 [00:56]
04.03.2021 [21:50]
04.03.2021 [21:16]



MULTİMEDİA
04.03.2021 [18:41]
04.03.2021 [14:59]
01.03.2021
05.03.2021 [08:00]
04.03.2021 [23:26]
05.03.2021 [01:29]
04.03.2021 [18:51]
04.03.2021 [18:46]
04.03.2021 [19:13]
04.03.2021 [18:58]
04.03.2021 [18:43]
04.03.2021 [18:40]
04.03.2021 [21:46]
04.03.2021 [18:49]
04.03.2021 [17:25]
03.03.2021 [18:01]
02.03.2021 [16:00]
04.03.2021 [21:30]
04.03.2021 [16:54]
04.03.2021 [15:16]
04.03.2021 [14:25]
05.03.2021 [06:24]
Xəbərin mətnində orfoqrafik səhv var