DÜNYA
Rusiyada “Booking.com”un fəaliyyəti məhdudlaşdırıla bilər
Moskva, 23 may, AZƏRTAC
Rusiya Federal Turizm Agentliyi Mədəniyyət Nazirliyinin tapşırığı ilə otellərin internet bronlaşdırma sistemi olan “Booking.com”un Rusiyada fəaliyyətinin məhdudlaşdırılması təklifini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, agentlik qərarını iyunun 4-də açıqlayacaq. Məsələ ilə bağlı Rusiyanın müvafiq turizm agentliklərinə və şirkətlərinə sorğu göndərilib. Ehtimal ki, məhdudiyyət yalnız Rusiya otellərinə və Rusiya ərazisində olan müştərilərə aid olacaq. Eyni zamanda, rusiyalılar xarici ölkələrdə və əcnəbilər xaricdən Rusiyadakı otellərdə nömrələri “Booking.com” vasitəsilə bron edə biləcəklər.
ABŞ-ın “Booking Holdings” şirkətinə məxsus “Booking.com” beynəlxalq onlayn bronlaşdırma sistemi 1996-cı ildə yaradılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]