DÜNYA


Rusiyada müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddi artırılıb

Moskva, 25 may, AZƏRTAC

Rusiyada müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddi artırılıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiya Şurası bu barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 18-50 yaşlarında Rusiya vətəndaşları və əcnəbilər silahlı qüvvələrdə xidmət üçün müqavilə bağlaya bilərlər. Qanun Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda qanunda silahlı qüvvələrdə xidmətlə bağlı ilk müraciət yaşı rusiyalılar üçün 18-45, əcnəbilər üçün isə 18-30 yaşdır. Rusiya Silahlı Qüvvələrində 405 min hərbi qulluqçu müqavilə ilə xidmət edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.