ELM VƏ TƏHSİL
Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində
Bakı, 19 oktyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana gələn Rusiyanın “Bizim ev” (“Naş dom”) Ailə Tərbiyəsinə Dəstək Mərkəzinin sakinləri Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin qonağı olublar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, valideyn himayəsindən məhrum uşaqlar üçün Mərkəzdə çoxsaylı ustad dərsləri təşkil olunub. Məktəblilər rəsm çəkib, elmi laboratoriyada müxtəlif təcrübələrə baxıb, açıqcalar hazırlayıblar. Qonaqlar, həmçinin milli rəqs hərəkətləri öyrənib, üçölçülü model robotlar düzəldiblər.
Müxtəlif dərnəklərdə iştirak edən rusiyalı qonaqlar görüşdən məmnun qalıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]