QAN YADDAŞI
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
Moskva, 26 fevral, AZƏRTAC
Rusiyanın “Lenta.ru” internet-nəşrində Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Qadınlar və uşaqlar qar üstündə qıc olmuş halda ölürdülər” sərlövhəli materialda Azərbaycanın Xocalı şəhərinə hücumdan danışılır, 28 il ötməsinə baxmayaraq, təqsirkarların hələ də cəzalandırılmadığı vurğulanır.
“Qarabağ münaqişəsinin qızğın dövründə Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik şəhəri əvvəlcə mühasirəyə alıb, sonra hücumla ələ keçiriblər. Bu əməliyyat dinc sakinlərin kütləvi qətli ilə başa çatıb. Qətlə yetirilən 600-dən çox azərbaycanlının əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Müqəssirlər hələ də tapılmayıb və cəzalandırılmayıb”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva