REGİONLAR


Rusiyanın turoperatorları Naftalana gələcək

Naftalan 7 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalanın turizm imkanlarını beynəlxalq aləmdə tanıtmaq və şəhərə daha çox turist cəlb etmək məqsədilə oktyabrın 7-də Rusiyanın müxtəlif bölgələrindən olan turoperatorlar şəhərdə səfərdə olacaqlar.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Rayda Travel Agentliyinin və “Naftalan otel Qaşaltı”nın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Rusiyanın ayrı-ayrı bölgələrindən olan “Goodtime”, “Devisu”, “Matreshka”, “Planeta” və digər operatorlar iştirak edəcək.

Səfər zamanı qonaqlar “Naftalan otel Qaşaltı”da olacaq, bu müalicə-istirahət mərkəzində yaradılan şərait, təklif olunan xidmətlər, eləcə də unikal təbii tibbi xassəyə və müalicə xüsusiyyətlərinə malik balneoloji Naftalan nefti əsasında həyata keçirilən müalicə prosedurları haqqında yaxından məlumat öyrənəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.