DÜNYA


Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb

Daşkənd, 16 fevral, AZƏRTAC

İsveçin Telia Sonera Telekommunikasiya Şirkətinin Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya rüşvət verməkdə ittiham olunan sabiq direktoru və iki pop-menenceri Stokholm məhkəməsində bəraət alıb.

AZƏRTAC xəbər verir ki, şirkətin sabiq direktoru Lars Nüberq, Avrasiya bazarı üzrə məsul Türo Kivissari və şirkətin hüquqşünaslarından biri 2007-ci ildən 2010-cu ilədək Gülnara Kərimovaya 300 milyon avro rüşvət verməkdə ittiham olunurdular.

Məhkəmənin nümayəndəsi bildirib ki, ittiham olunanlar bütün maddələr üzrə təqsirsiz bilinib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.