ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələri Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə keçmək imkanı qazanıblar

Bakı, 16 iyul, AZƏRTAC

Müxtəlif ali təhsil müəssisələrinin “SABAH” qruplarında təhsil alan tələbələrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə keçmələri üçün şərait yaradılıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramının məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmalarına dəstək olmaqdan ibarətdir.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Görüşdə idarənin müvafiq struktur bölmə rəhbərləri və təcrübə proqramına qatılacaq “SABAH” qruplarının tələbələri iştirak ediblər.

Görüşdə gənclərə təcrübə proqramı barədə müvafiq tövsiyələr verilib, onlara öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli şərait yaradılacağı nəzərə çatdırılıb.

Qeyd olunub ki, “SABAH” qruplarında təhsil alan 17 tələbə iyulun 16-da başlayan proqram çərçivəsində BŞTİ-də 1 ay təcrübə keçmək imkanı qazanmaqla, nəzəri biliklərini real iş şəraitində tətbiq edə biləcəklər. Onlar kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirmək, müxtəlif tədbirlərə qatılmaqla kollektivdə fəaliyyət vərdişlərinə yiyələnmək imkanı əldə edəcəklər.

Bunun üçün əvvəlcədən BŞTİ-nin struktur bölmələrində mövcud imkanlar araşdırılıb, tələbələrin ali təhsil aldıqları ixtisaslar üzrə təcrübə keçmələrinə önəm verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.