SƏFİRİN MƏKTƏBLİLƏRƏ HƏDİYYƏSİ
İranın ölkəmizdəki səfiri Əfşar Süleymani beynəlxalq Müəllim Günü münasibətilə Bakıdakı 6 nömrəli məktəbdə müəllim və şagirdlərlə görüşmüşdür.
Məktəbin direktoru Ceyran Quliyeva burada təlim və tərbiyə sahəsində görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Səfir məktəbin kollektivini bayram münasibətilə təbrik etmiş, ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsini arzulamışdır.
Sonra şagirdlərə hədiyyələr paylanmışdır.