ELM VƏ TƏHSİL
SƏFİRLİKDƏ FRANSIZ DİLİNİN ÖYRƏNİLMƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR
Fransanın Azərbaycandakı səfirliyi respublikamızda fransız dilinin öyrənilməsinə xüsusi diqqət yetirir.
Səfirliyin mədəniyyət mərkəzində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyunun 21-dən iyulun 25-dək həftədə 4 dəfə olmaqla, fransız dili kursları fəaliyyətə başlayacaq. Məşğələlər orta və ali təhsil sistemində işləyən yüksək səviyyəli müəllimlər tərəfindən aparılacaq. Kurslarda iştirak etmək istəyənlərin fransız dilini hansı səviyyədə bilmələrini müəyyənləşdirərək və onları müvafiq qruplarda yerləşdirmək məqsədilə testlər təşkil olunacaq. Kurslar bütün arzu edənlər üçün açıqdır. Əvvəlkilərdən fərqli olaraq bu kurslar ödənişlidir. Qeydiyyat yalnız 3 gün- iyunun 15, 16, 17-də, saat 10-dan 13-dək, 17-dən 19-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]