İQTİSADİYYAT
ŞƏKİ SU ELEKTRİK STANSİYASINDA YENİ GÜC AVADANLIĞI QURAŞDIRILIR
Müəssisədən verilən məlumata görə, 2003-cü ildən açıq səhmdar cəmiyyətinə çevrilən Şəki su elektrik stansiyasının səhmləri üzrə investisiya müsabiqəsinin qalibi “General Konstrakshn” Məhdud Məsuliyyətli Cəmiyyəti stansiyanın texniki imkanlarını daha da artırmaq, burada əsaslı təmir və yenidənqurma işləri aparmaq üçün xüsusi proqram həyata keçirir. 2004-cü ilin aprelindən indiyədək müəssisəyə 900 min manat AZN məbləğində sərmayə qoyulmuşdur.
İnvestisiya proqramında nəzərdə tutulan işlərin birinci mərhələsi artıq başa çatmaq üzrədir və stansiyanın cari ilin avqustunda istismara verilməsi nəzərdə tutulur. Stansiyanın gücünün 3 meqavata çatdırılması üçün gələcəkdə burada daha bir generator quraşdırılacaqdır.
Yenidənqurma işləri başa çatdıqdan sonra stansiya 25 minə yaxın əhaliyə xidmət göstərəcəkdir.