SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ PARLAMENT SƏDRİ BAKIYA GƏLƏCƏKDİR
Səudiyyə Ərəbistanı Krallığının parlament sədri Saleh bin Abdulla bin Hümeyd yaxın vaxtlarda Bakıya gələcəkdir.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfərdən məqsəd iki ölkə parlamentləri arasında əməkdaşlığı inkişaf etdirmək, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparmaqdır.
Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Əhməd Cəfər bu günlərdə Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşmüş və səfərlə bağlı fikir mübadiləsi aparmışdır.
Səudiyyə Ərəbistanı parlamentinin sədri səfər müddətində Milli Məclisdə, Nazirlər Kabinetində, Xarici İşlər Nnazirliyində görüşlər keçirəcəkdir.
Səfərin sonunda parlamentlərarası əlaqələrin inkişafına dair kommunike imzalanacağı gözlənilir.