İDMAN
ŞEVÇENKO İSPANİYA İLƏ OYUNA HAZIRDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ukrayna yığmasının mətbuat katibi İqor Miroşniçenko televiziyaya müsahibəsində Andrey Şevçenkonun İspaniya ilə görüşdə oynamayacağı barədə söz-söhbətləri təkzib edərək, bu məlumatı jurnalistlərin uydurması adlandırmışdır. Miroşniçenkonun sözlərinə görə, Şevçenko bazar günü hamı ilə birlikdə məşq etmişdir və meydançaya çıxmaq ehtimalı da hamı ilə eynidir.
Lakin komandanın həkimlərinin fikrincə, Şevçenkonun və Ruslan Rotanın yüngül nasazlığı Ukrayna yığmasının İspaniya ilə görüşdə başlıca problemi deyildir. Başlıca problem oyunun başlanacağı vaxtdır. Oyun yerli vaxtla saat 15-də başlanır, Almaniyada isə hazırda havalar çox isti keçir. Nə ukraynalılar, nə də ispaniyalılar bu vaxt oynamağa adət etməmişlər. Odur ki, hər iki komanda hava şəraiti ilə də mübarizə aparmalı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]